Modern.az

Gürcüstan müharibəyə cəlb olunmayacaq - Hakimiyyət söz verib

Gürcüstan müharibəyə cəlb olunmayacaq - Hakimiyyət söz verib

Aktual

1 Mart 2022, 16:06

Gürcüstan hakimiyyəti ölkənin Ukraynadakı münaqişəyə cəlb olunmasına imkan verməyəcəyinə söz verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

“Ukraynada münaqişəyə qoşulmaq üçün koordinasiya olunmuş son cəhd Gürcüstandadır, hakimiyyət buna imkan verməyəcək”,- məlumatda deyilir.

 

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib. Bu səbəbdən Ukraynanın Tbilisidəki səfəri Kiyevə geri çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı