Rusiya Ukrayna ilə danışıqlarda Kiyevdən parlament səviyyəsində bloklara qoşulmamaq statusunu təmin etməyi və referendum keçirməyi tələb edib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri diplomatik mənbələrə istinadən yazıb.
“Bazar ertəsi Belarus ərazisində Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi bildirib ki, “danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır”. Görüşdən sonra Zelenskinin özü bildirib ki, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur.
“Rusiya Ukraynanın parlament səviyyəsində referendumla müəyyən edilmiş bloklara qoşulmama statusunu, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində tanınmasını tələb edir”, - “Zerkalo Nedeli” nəşri görüşlə bağlı gizli məqamlardan yazıb.
Qeyd edək k, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib.