Modern.az

Rusiya Ukraynada iki aerodromu bombalayıb

Rusiya Ukraynada iki aerodromu bombalayıb

Aktual

1 Mart 2022, 16:47

Rusiya silahlı qüvvələri Ukrayna ərazisində iki aerodrom və üç hava hücumundan müdafiə radar postunu havadan silahlarla vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

 

"Martın 1-də Rusiya Federasiyası Silahlı Qüvvələri uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla zərbə endirib. İki aerodrom və üç hava hücumundan müdafiə radar postu vurulub. Zərbələrə mülki infrastruktur və yaşayış binaları daxil edilməyib", - deyə məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...