Bu gün Rusiya qüvvələrinin Xarkov şəhərinin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində azı 10 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Heraşşenko bildirib.
“Azadlıq meydanı qanadlı raketlə vuruldu. Xilasedicilər gəldikdən sonra (5-7 dəqiqədən sonra) binaya ikinci oxşar zərbə oldu. İnzibati binanın üçdə biri uçdu”, - Heraşşenko Teleqram kanalında yazıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti də sosial mediada paylaşdığı yazıda ölənlərin sayını təsdiqləyib: "Xilasedicilər hadisə yerində işləyirlər. Bütün mərtəbələrdə pilləkənlər və dəhlizlər tamamilə dağılıb".
Turqay Musayev