Rusiyanın baş naziri Mixail Mişustin xarici bizneslərin ölkədən çıxışını dayandırmaq üçün kapitala nəzarət tədbirlərini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın TASS və RİA dövlət xəbər agentlikləri məlumat veriblər.
Mişustin deyib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar xarici investorları iqtisadi səbəblərə görə deyil, siyasi təzyiqə görə qərar verməyə məcbur edir:
“Bizneslərin əsaslandırılmış qərarlar qəbul etməsinə imkan yaratmaq üçün Rusiya aktivlərinin ölkədən çıxarılmasına müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı prezident fərmanı layihəsi hazırlanıb. Ölkəmizə sərmayə qoyanların burada işləməyə davam edəcəyini gözləyirik.
Əminəm ki, sanksiya təzyiqi sonda səngiyəcək və xarici siyasətçilərin şüarlarına uyaraq ölkəmizdəki layihələrini səngitməyənlər qalib gələcəklər”.
Mişustin sanksiyaların iqtisadi təsirini yoxlamaq və aradan qaldırmaq üçün gündəlik görüşlərin olacağını deyib.
“Mövcud vəziyyətə real vaxt rejimində nəzarət etmək və bütün lazımi tədbirlərin operativ şəkildə işlənib hazırlanması vacibdir”.
Turqay Musayev