Modern.az

21 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işində YENİ MADDƏ

21 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işində YENİ MADDƏ

Aktual

1 Mart 2022, 17:23

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.

 

Modern.az xəbər verir ki, faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci(adam oğurluğu) maddəsi ilə başlanmış cinayət işi 144.2.3-cü( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsinə tövsif olunub.

 

Faktla bağlı şübhəli şəxs qismində saxlanılan Feyruz Əliyevin atası Mahmud Əliyev də istintaqa cəlb edilib.

 

Xatırladaq ki, hadisə fevralın 26-da Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Feyruz Əliyev atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı