Avropa Şurasının prezidenti Şarl Mişel Ukrayna ilə bağlı xüsusi sessiyada emosianal çıxış edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü qəddarcasına və mənfur yalanlara əsaslandığını bildirərək pisləyib.
Ş.Mişel qaydalara əsaslanan beynəlxalq nizamın hücuma məruz qaldığı barədə xəbərdarlıq edib və Moskvanın hərəkətlərini “geosiyasi terrorizm” adlandırıb.
Ukraynanın Aİ-yə üzv olmaq üçün müraciətinə gəlincə, o, Avropada fərqli baxışları əsas gətirərək bunun çətin olacağını deyib və bu tələbi "simvolik" adlandırıb.
Turqay Musayev