Modern.az

Rusiya Kiyevi hədəfə aldı - XƏBƏRDARLIQ

Rusiya Kiyevi hədəfə aldı - XƏBƏRDARLIQ

Aktual

1 Mart 2022, 17:36

Rusiya Ukraynaya paytaxt Kiyevdə hədəfləri vurmağa hazırlaşdıqları barədə xəbərdarlıq edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Yayılan bəyanatda Rusiya rəsmiləri bildiriblər ki, onların qüvvələri Ukrayna Təhlükəsizlik Xidmətinin texnoloji mərkəzlərinə və Kiyevdəki 72-ci əsas PsyOps mərkəzinə yüksək dəqiqliklə zərbələr endirməyə hazırlaşır.

 

“Biz millətçilərin Rusiyaya qarşı təxribat törətmək üçün istifadə etdiyi Ukrayna vətəndaşlarını, eləcə də relay stansiyalarının yaxınlığında yaşayan Kiyev sakinlərini evlərini tərk etməyə çağırırıq”, - bəyanatda deyilir.

 

Qeyd edək ki, rəsmilər zərbələrin Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün təşkil olunduğunu iddia ediblər.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı