Modern.az

Ukrayna Çindən Rusiyanı dayandırmağı xahiş etdi

Ukrayna Çindən Rusiyanı dayandırmağı xahiş etdi

Aktual

1 Mart 2022, 17:42

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə telefon danışığı aparıb və o, Çinin Ukrayna torpaqlarında müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün bütün səyləri göstərməyə hazır olduğunu əmin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Ukrayna diplomatiyasının rəhbəri çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün inkişafı, mülki infrastrukturun atəşə tutulması və dinc sakinlərin öldürülməsi barədə ətraflı məlumat verib.

 

O, Vanq Yidən Rusiyanı Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün Pekin və Moskva arasında münasibətlərin səviyyəsindən istifadə etməyi xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı