Modern.az

Azərbaycan və İran arasında uçuşların sayı ARTIRILIR

Azərbaycan və İran arasında uçuşların sayı ARTIRILIR

Aktual

1 Mart 2022, 18:31

Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində bildirib.

 

Səfir qeyd edib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

 

Hazırda həftədə bir uçuş yerinə yetirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...