Modern.az

Azərbaycanlıların Kiyevdən təxliyəsi üçün qatar AYRILDI

Azərbaycanlıların Kiyevdən təxliyəsi üçün qatar AYRILDI

Aktual

1 Mart 2022, 20:10

Sabah saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib.

 

Qeyd olunub ki, qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.

 

Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1-dir.

 

Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.

 

Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:

 

+373 781 81 361

+373 789 91 849

+373 222 32 277

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı