Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunub.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.
Adət-ənənəyə görə, çərşənbə günü tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.
Od çərşənbəsi ölkənin digər rayon vəə şəhərlərində olduğu kimi Bakıda da qeyd olunub.
Modern.az Od çərşənbəsindən fotoları təqdim edir