Modern.az

Dünya mətbuatı Baydenin çaşmağından yazır

Dünya mətbuatı Baydenin çaşmağından yazır

Aktual

2 Mart 2022, 10:06

ABŞ prezidenti Co Bayden martın 2-də Konqresdəki çıxışı zamanı dil sürüşməsi nəticəsində səhv edib.

Modern.az-ın məlumatına görə, xarici KİV-lər yazır ki, Amerika lideri Ukrayna ilə bağlı çıxışında ukraynalılarla iranlıları qarışdırıb.

"Putin Kiyevi tanklarla mühasirəyə ala bilər, lakin o, heç vaxt iranlıların ruhunu və qəlbini ala bilməyəcək", - Bayden deyib.

Bu, ABŞ prezidentinin son vaxtlar ilk dil sürüşməsi deyil. Fevralın əvvəlində Bayden Rusiya əvəzinə Almaniyanın Kiyevi “işğal etməsi”ndən danışmışdı.


“İcazə verin, əvvəlcə birinci suala cavab verim. Əgər Almaniya Kiyevi işğal edərsə, yəni tanklar və qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman “Şimal axını 2” olmayacaq, biz buna son qoyacağıq”, - deyə Amerika lideri səhv etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı