Modern.az

25 cinayətin üstü illər sonra AÇILDI

25 cinayətin üstü illər sonra AÇILDI

Aktual

2 Mart 2022, 10:10

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

    
Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!