Modern.az

Son vəziyyət: Azərbaycanlılar Kiyevi tərk edir

Son vəziyyət: Azərbaycanlılar Kiyevi tərk edir

Aktual

2 Mart 2022, 10:44

“Bu gün Ukraynanın şərə qarşı verdiyi savaşın yeddinci günüdür. Ukrayna xalqı qalibdir, ukraynalılar qəhrəmandır”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov deyib.

 

“Bu yeddi gündə Rusiyaya qarşı edə biləcəkləri hər şeyi ediblər. Hazırda Rusiya qonşu ölkənin ərazi bütövlüyünü pozur, mülki əhalini panikaya salmaq üçün raket zərbələri endirib, əhalini vəhşicəsinə öldürür. Hazırda milyonlarla insan zirzəmilərdə vahimə içində saxlanılır. Amma Ukraynanın əzmini qıra bilməyiblər! Əksinə ukraynalıların nə qədər güclü olduqlarını bir daha sınayıblar və dünyaya göstəriblər”.

 

C.Məmmədov bildirib ki, hazırda paytaxt Kiyevdə vəziyyət stabildir: “Dünən gecə saatlarından etibarən Kiyevdə sakitlikdir. Başqa bölgələrdən çox sayda düşmən texnikasının məhv edildiyi xəbərləri var. 

 

Bu gün eyni zamanda saat 12:00-da soydaşlarımızın Kiyevdən qatarla Rumıniyaya təxliyəsi planlaşdırılıb. Hər şeyin yaxşı olacağına inanırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı