"Bu çətin günlərin bir görünməyən qəhrəmanı da var. Ağası Hunu gənc nəsil yaxşı tanımasa da, bizlər bilirik. Birinci Qarabağ savaşında çiynində avtomat savaşı lentə alan, Xocalıdan canını zorla qurtaranları çəkən barmaqla sayılası kişilərdəndir. Dava adamı, savaşların adamı. Ağası bəy öz maşını ilə təmənnasız yüzlərlə soydaşımızın, eləcə də Türkiyə vətəndaşının Moldova Ukrayna sərhədindən digər bölgələrə çatdırılmasında, eləcə də ərzaq və digər təcili ehtiyacların təmin olunmasında durmadan çalışır" , -deyə A.Ağazadə paylaşımında bildirib.
Qeyd edək ki, Ağası Hun Qarabağ, Çeçenistan və Osetiya müharibələrini foto və videoreportajlarla işıqlandırıb.
