Martın 2-də Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsi yenidən atəşə tutulub.
Modern.az xəbər verir ki, .ahidlərin videolarına görə, partlayış Xarkovun tam mərkəzində, bir gün əvvəl mərmiyə məruz qalan Azadlıq meydanından 1,5 kilometr aralıda baş verib.
Partlayış nəticəsində Karazin adına Milli Universitetin binası və polis binası yanıb. Yanğının miqyası böyüyür.
Xilasedicilər hadisə yerində işləyirlər.Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik açıqlama verilməyib. Zərərçəkənlərin və dağıntıların sayı dəqiqləşdirilir.