Modern.az

"SOCAR Ukraine" operativ yanacaq tədarük edə bilmir

Aktual

2 Mart 2022, 11:30

Ukraynadakı mövcud vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisə olan "SOCAR Energy Ukraine" bütün yanacaqdoldurma məntəqələrinə operativ yanacaq tədarük edə bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumata bildirilib.

 

"Təəssüf ki, yanacağı onlayn sifariş etmək mümkün deyil. Yanacaqdoldurma məntəqələrində həm nağd, həm də ödəniş sistemlərinin sabitliyi şərti ilə bank kartı ilə ödəmə mümkündür. Diqqətə almaq lazımdır ki, yanacaqdoldurma məntəqələri yalnız təcili tibbi yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə xidmət göstərir", - deyə məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı