Modern.az

Goranboyda “Od Çərşənbəsi” qeyd edilib

Goranboyda “Od Çərşənbəsi” qeyd edilib

Aktual

2 Mart 2022, 11:51

Goranboy rayon İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Qarqucaq kəndində Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində od çərşənbəsi  bayram tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər və  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

İcra başçısı tədbir iştirakçılarını,  xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və  sülh-əmin-amanlıq arzuladı.

 

Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin  və incəsənət ustalarının  ifasında  bayram proqramı, folklor nümunələri  təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı