Rumıniyanın Yassı şəhərindən üç çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
“800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Azərbaycan vətəndaşları Ukraynadan digər qonşu ölkələrə keçib. Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”, - deyə nazir müavini vurğulayıb.