Modern.az

Zelenski dünya yəhudilərindən kömək İSTƏDİ

Zelenski dünya yəhudilərindən kömək İSTƏDİ

Aktual

2 Mart 2022, 12:17

Ukrayna prezidenti Vladimir Zelenski bütün dünya yəhudilərini dinc ukraynalıların öldürülməsinə susmamağa çağırıb.


Modern.az xəbər verir ki, prezident bu barədə martın 2-də videomüraciətində bildirib.

Rusiya raketinin Babi Yar traktını vurmasından danışan Zelenski bunun insanlıq hüdudlarından kənarda olduğunu vurğulayıb.


"Belə raket hücumu göstərir ki, Rusiyada bir çox insanlar üçün Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Amma onların bizim tariximizi silmək, ölkəmizi silmək, hamımızı silmək əmri var", - o vurğulayıb.

"Mən indi bütün dünya yəhudilərinə müraciət edirəm: nə baş verdiyini görmürsünüzmü? Ona görə də çox vacibdir ki, hazırda siz - bütün dünyadakı milyonlarla yəhudi səssiz qalmasın. Nasizm burada yenidən doğulub. Ona görə də dinc sakinlərin öldürülməsi barədə qışqırın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı