Modern.az

Eldar Həsənovun apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Eldar Həsənovun apellyasiya şikayətinə bu tarixdə baxılacaq

Aktual

2 Mart 2022, 13:28

Bakı Apellyasiya Məhkəməsində sabiq baş prokuror, eks-səfir Eldar Həsənovun şikayətinə baxılacağı tarix dədiqləşib.

Modern.az xəbər verir ki, hazırlıq iclası martın 10-na təyin olunub. Prosesə hakim Elmar Rəhimov sədrlik edəcək.

Qeyd edək ki, Eldar Həsənov apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il hökmünün ləğvi edilməsini və bəraət əsasında azadlığa buraxılması istəyib.

Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbs olunub.

O, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hokum ilə sabiq baş prokuror 10 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı