Modern.az

Abramoviç 200 milyonluq mülkünü satır

Abramoviç 200 milyonluq mülkünü satır

Aktual

2 Mart 2022, 13:33

Rusiyanın ən varlı biznesmenlərindən olan Roman Abramoviç sanksiyalar səbəbilə Londonda 200 milyon dollarlıq mülkünü təcili satışa çıxarıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyadan olan deputat Kris Brayant məlumat verib.

 

Brayant Abramoviçin öz aktivlərini satana və vəsaitləri ölkədən çıxarmasına qədər oliqarxa qarşı sanksiya tətbiq edilməsinə çağırış edib.

 

Xatırladaq ki, rusiyalı oliqarxın adı nə Avropa İttifaqının, nə də Böyük Britaniyanın sanksiya siyahıya salınmayıb. Lakin bu, tezliklə dəyişə bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı