“Rusiya sanksiyalara hazır idi, lakin bu tədbirlərin idmançılara və media işçilərinə təsir etməsindən təəccüblənib”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz sanksiyalara hazır idik, lakin onların idmançılara, ziyalılara, aktyorlara, media işçilərinə təsir edəcəyini gözləmirdik. Qərb bizimlə Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üzrə əməkdaşlıqdan imtina etdi”, - XİN başçısı bildirib.