Modern.az

Piylənmənin əsas SƏBƏBLƏRİ

Piylənmənin əsas SƏBƏBLƏRİ

Aktual

2 Mart 2022, 15:20

“Piylənmənin ən çox rast gəlinən səbəbi həddindən artıq yüksək karolili qidalar yemək və hərəkətsizlikdir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

 

Onun sözlərinə görə, bir insanda nəzərə çarpacaq dərəcədə artıq çəki varsa, bu heç də piylənmə deyil:

 

“Piylənmə gözlə də müəyyən edilə bilər. Hesablama proqramları var, çəki ilə boy nisbətinə baxıla bilər. Hər kəs çəkisini boy kvadratlarına bölərsə çəkisinin artıq olub-olmamasını müəyyənləşdirə bilər”.

 

A.Əkbərzadə, həmçinin qeyd edib ki, cəmiyyətdə adətən normal çəkili uşaqları sevmirlər: “Hesab edirlər ki, kök uşaq daha sağlam olur. Yetkinlik dövründə piylənmədən əziyyət çəkənlər 80 % halda kök olaraq qalır. Yalnız 5 % halda çəki atmaq olur. Ağırlaşmalar yetkin və orta yaşda daha çox müşahidə oluna bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı