Modern.az

Rusiya-Ukrayna danışıqlarının vaxtı dəqiqləşdi

Rusiya-Ukrayna danışıqlarının vaxtı dəqiqləşdi

Aktual

2 Mart 2022, 15:40

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti görüş bu axşam baş tutacaq.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Prezidentinin Ofisi təsdiqləyib.

 

Xatırladaq ki, fevralın 28-də Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. İlk görüş təxminən 6 saat davam edib.  

 

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edib.  

 

Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı