Modern.az

Ermənistanda səsvermə başladı - Ölkəyə yeni prezident seçirlər

Ermənistanda səsvermə başladı - Ölkəyə yeni prezident seçirlər

Aktual

2 Mart 2022, 16:06

Ermənistan parlamentində ölkə prezidentinin seçkiləri ilə bağlı səsvermə başlayıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da başlayan səsvermə  16:00-a kimi davam edəcək.

Xatırladaq ki, Ermənistan prezidentliyinə yeganə namizəd yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryandır. Onun namizədliyi hakim “Mülki müqavilə” fraksiyası tərəfindən irəli sürülüb.

Müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları iclas zalını tərk edərək, prezident seçkiləri ilə bağlı səsvermədə iştirak etmirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?