Modern.az

Kiyevə hücumlar səngiyib - Rəsmi açıqlama

Kiyevə hücumlar səngiyib - Rəsmi açıqlama

Aktual

2 Mart 2022, 16:44

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının Kiyevə doğru irəliləmə sürətini ləngidib.

Modern.az Ukrayna KİV-nə istyinadən xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O qeyd edib ki, düşmən paytaxtın şimal-qərbində Kiyevə qarşı hücumu inkişaf etdirmək üçün öz səylərini və qruplaşmalarını cəmləşdirməkdə davam edir: “Lakin Ukrayna Silahlı Qüvvələrinin sistemli və düzgün işi sayəsində buna nail ola bilməyib”.

"Dünən hava və artilleriya zərbələri endirildi ki, bu da Rusiya əməliyyatının tempini ləngitdi. İndi onlar heç bir yerə hərəkət etmədikləri halda itkilərini bərpa edirlər", - Aretoviç bildirib.

Həmçinin onun sözlərinə görə, Çerniqov və Sumı istiqamətlərində düşmənin irəliləməsi dayandırılıb. "Partizanlarımız və hərbçilər düşmənin arxa sütunları üçün əsl ova başlayıblar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı