Modern.az

Rumıniyaya gələn azərbaycanlılar üçün pulsuz aviareyslər ayrıldı

Rumıniyaya gələn azərbaycanlılar üçün pulsuz aviareyslər ayrıldı

Aktual

2 Mart 2022, 17:10

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov Ukraynadan Rumıniyaya gəlmək istəyən azərbaycanlılara müraciət edib.

 

Modern.az-ın xəbərinə görə, V.Həsənov Rumıniyanın paytaxtı Buxarest şəhərində sığınacağın olduğunu bildirib:

 

"Bura gəlib çıxan azərbaycanlılar pulsuz Buxarest-İstanbul təyyarəsi ilə İstanbula çatdırılır. Lakin siyahıya yazılmaq lazımdır. Sığıncaqda isti yemək, çay, kofe verilir", - deyə o müraciətində vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?