Modern.az

Rusiyadan xaricə pul köçürmələri dayandırıldı

Rusiyadan xaricə pul köçürmələri dayandırıldı

Aktual

2 Mart 2022, 17:15

Rusiya Mərkəzi Bankı maliyyə bazarından vəsaitlərin çıxarılmasının qarşısını almaq məqsədilə bir sıra ölkələrdən olan hüquqi və fiziki şəxslərin qeyri-rezidentlərinin hesablarından xarici hesablara köçürmələri müvəqqəti dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı rəsmi məlumat yayıb.

 

Bildirilib ki, hesabı olmayan rezidentlərə ayda 5000 ABŞ dolları və ya ekvivalentində məhdudiyyət qoyulub.

 

Tənzimləyici əlavə edib ki, məhdudiyyət Rusiya vətəndaşlarını, eləcə də MDB ölkələrindən olan xarici vətəndaşların əksəriyyətini əhatə etmir.

 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı