Modern.az

Aİ Rusiyanın 7 bankını SWIFT-dən çıxardı

Aİ Rusiyanın 7 bankını SWIFT-dən çıxardı

Aktual

2 Mart 2022, 16:15

Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarıb.

 

Modern.az xəbər verir ki, Aİ-nin rəsmi jurnalında yayımlanan sənəddə qeyd olunub ki, “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF” qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT-dən ayrılıb.

 

Eyni zamanda bu banklara avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı