Modern.az

Rusların Çerniqova hücumu dəf edildi

Rusların Çerniqova hücumu dəf edildi

Aktual

2 Mart 2022, 17:38

Kiyev və Belarusla sərhəd arasında yerləşən Çerniqov şəhərinin şimalını ələ keçirmək cəhdi uğursuzluqla nəticələnib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusundan bildirilib.

 

Ordunun məlumatına görə, Rusiya tərəfindən atılan raketlər şəhər xəstəxanasının yaxınlığındakı inzibati binalara düşüb. Partlayış dalğası xəstəxanaya ziyan vurub, lakin xəstələr həmin vaxt sığınacaqda olublar.

 

Həmçinin, bildirilir ki, şəhərin su təchizatına da ziyan dəyib.


Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı