Modern.az

Xarkovda Azərbaycan konsulluğunun yanına raket DÜŞDÜ

Xarkovda Azərbaycan konsulluğunun yanına raket DÜŞDÜ

Aktual

2 Mart 2022, 19:45

“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

 

O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb:

 

“Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun 3 əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı