Modern.az

“Şeba” dünyanın 10 “ən yaxşı xəstəxanası” sırasına daxil edildi

“Şeba” dünyanın 10 “ən yaxşı xəstəxanası” sırasına daxil edildi

Aktual

2 Mart 2022, 22:13

Dünyanın məşhur xəstəxanalarının ciddi rəqabətinə baxmayaraq 4 il ardıcıl olaraq Şeba Newsweek jurnalı tərəfindən dünyanın 10 “Ən Yaxşı Xəstəxanası” sırasına daxil edildi. Eyni zamanda, Newsweek jurnalı Şebanı İsraildə və bütövlükdə Yaxın Şərqdə (4 ildir ardıcıl olaraq) 1 nömrəli tibb mərkəzi seçdi.

 

Dünyada 10-luğa daxil olmaq, Şeba üçün əvəzedilməz qələbə sayılır belə ki, Newsweek jurnalı və Statista 2019-cu ildə  dövlət xəstəxanalarının rəqabətini 11 dövlətdən 2022-ci ildə 27 dövlətə qaldırıb. Newsweek jurnalı və Statista sıralamanın keyfiyyətli və qəbul edilən olması üçün ciddi metod müəyyən edib. Qiymətləndirmə üçün üç əsas üç mənbə istifadə edilib:

 

Xəstəxanaların tövsiyyəsi: onlayn anketdə 80.000-dən çox həkim, xəstəxana meneceri və səhiyyə mütəxəssisləri iştirak etmişlər.

 

Pasiyentlərin təcrübəsi: Anket pasiyentlərin xəstəxanalardan razılığını ölçüb.

 

Tibbi Efekktivliyin Açar göstəricisi: pasiyentin təhlükəsizliyi, gigiyeniyanın ölçülməsi və müalicənin keyfiyyəti.

 

2022 Dünyanın ən yaxşı xəstəxanaları siyahısına 27 ölkədən dünyanın ən yaxşı tibb müəssisələri daxildir: ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Cənubi Koreya, Yaponiya, Sinqapur, Avstraliya, İsrail, İsveç, Danimarka, Norveç, Finlandiya, Tayland, İtaliya, Braziliya, Hindistan, İspaniya, Meksika, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, Kolumbiya, Avstriya, Belçika və Niderland.

 

Şeba Tibb Mərkəzi inkişaf etmiş tibb texnologiyası, o cümlədən “Şeba Beyond” un və  bu yaxınlarda Moldovada və digər qonşu dövlətlərdə müharibədən qurtulmuş ukraynalı pasiyentləri müalicə üçün xəstəxananın Tele-sağlamlıq platformasının tətbiqi hesabına özünün dünyanın 10 “ən yaxşı xəstəxanası” sırasında yerini qoruya bildi.

 

Üstəlik, Şeba Birləşmiş Ərəb Əmirlikləri və Bahreyinin aparıcı xəstəxanaları, səhiyyə sistemləri və dövlət səhiyyə orqanları ilə razılaşmalar imzalamaqla İsrailin İbrahim Razılaşmalarının icrası və irəliləməsində başlıca rol oynayan xəstəxana olmuşdur.

 

Şeba Tibb mərkəzinin baş direktoru Professor Yitsak Krays bildirdi ki, “Mən İsrail dövləti adından və  ölkəmizin səhiyyə sistemində aparıcı xəstəxana olaraq 4 il ardıcıl olaraq bu uğura nail olmağımızla fəxr edirəm. İxtirada, araşdırmada və insan inkişafında qlobal lider olmaqda davam edirik. Və, biz İsraildə və dünyada səhiyyənin gələcəyini trnsformasiya edilməsini ilhamlandırırıq.”

 

Qlobal Şebanın direktoru Yoel Har-Even əlavə etdi ki, “Şeba Tibb Mərkəzində fədakar İsrailli yəhudi və ərəb tibbi heyət il boyu 7 gün 24 saat 365 gün yan-yana işlədiyi yüksək ən-ənəyə sahibdir. Bu cür mükafatı 4 il ardıcıl olaraq əldə etmək milli qürurumuzun mənbəyidir çünki, Şeba İsrail cəmiyyətinin özəyidir.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı