Modern.az

Abramoviç “Çelsi”ni satmağa qərar verdi

Abramoviç “Çelsi”ni satmağa qərar verdi

Aktual

3 Mart 2022, 00:27

Rusiyalı milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu satmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yer alıb.

 

"Hazırkı vəziyyətdə klubu satmaq qərarına gəldim, çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və tərəfdaşların maraqlarına uyğun olduğunu hesab edirəm.

 

Mənim üçün bu, heç vaxt biznes və ya pul deyil, oyuna və kluba olan həvəs idi. Üstəlik, mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı xeyriyyə fondu yaratmağı tapşırdım. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə çalışacaq", - deyə iş adamı açıqlamasında qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində