SWIFT Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını ödəniş sistemindən ayırmağa qərar verib.
Modern.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc edilib.
Bildirilib ki, Rusiyanın yeddi bankı martın 12-də SWIFT-in ödəniş sistemindən təcrid olunacaq. Brüssel zərurət yaranarsa, bu siyahıya yeni bankları əlavə etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, SWIFT banklararası ödənişlərin köçürülməsi üçün beynəlxalq sistemdir.