Modern.az

“İşıq imperiyası” 80 milyon dollara satıldı

“İşıq imperiyası” 80 milyon dollara satıldı

Aktual

3 Mart 2022, 08:58

Belçikalı sürrealist rəssam Rene Maqritin “İşıq imperiyası” əsəri Londonda 59,4 milyon funta (təqribən 79,8 milyon dollar) satılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

 

Qeyd edək ki, 1961-ci ildə çəkilmiş tabloda toran vaxtı villa təsvir edilib. Evdə artıq işıq, binanın qarşısında isə ağ buludlu parlaq səma ilə tam ziddiyyətdə olan fənər yandırılıb.

 

2009-2020-ci illərdə əsər Brüsseldə Maqrit muzeyində nümayiş olunub. Tablo Belçikanın paytaxtı ilə yanaşı, Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda da nümayiş etdirilib. Bu seriyadan digər işlər Venesiya, Nyu-York, Hyuston və Brüssel muzeylərinin kolleksiyalarına daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində