Modern.az

Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü

Aktual

3 Mart 2022, 09:28

Zaqatalada minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə,​ martın 1-i 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Abbasov Azər Şamil oğlu​ idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, yolu kecmək istəyən piyada, 1959-cu il təvəllüdlü İslamov Əliheydər Böyükxan oğlunu​ vurub.

 

Qəza zamanı ağır dərəcəli bədən xəsarətləri alan Əliheydər İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

 

O, bir gün sonra axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində