Modern.az

Ana bətnində olan körpə hansı əməliyyatları keçirə bilər?

Ana bətnində olan körpə hansı əməliyyatları keçirə bilər?

Aktual

3 Mart 2022, 12:28

Ana bətnində həyata keçirilən əməliyyatlar açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova məlumat verib.

 

Ş.Qədimova bildirib ki, son illər ölkəmizdə bətndaxili qanköçürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır:

 

“Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir.
 

Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir.
Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində