2022-ci ilin fevralında Türkiyədə illik inflyasiya 54,44 faiz təşkil edib.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiyanın artımının əsas səbəbi enerji daşıyıcılarının və idxal qiymətlərinin artmasıdır.
Ötən ay bu rəqəm 48,69 faiz təşkil etmişdi ki, bu da son 10 il ərzində rekord göstərici olmuşdu.