Modern.az

Bu günədək 26 azərbaycanlı sürücü təxliyə edilib

Bu günədək 26 azərbaycanlı sürücü təxliyə edilib

Aktual

3 Mart 2022, 14:40

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 26-a çatıb.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

 

Onun sözlərinə görə, fevral ayının 28-dən Ukraynadan təxliyə olunan 6 yük maşını Türkiyəyə çatıb. Bundan başqa ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Moldova ərazisindədir.

 

"Bugün isə Ukraynadan Moldovaya 9 yük maşını təxliyə olunur. Həmin maşınlar artıq Ukrayna-Moldova sərhədindədir. Sürcülərin təxliyəsi bundan sonra da davam etdiriləcək", - ABADA rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində