Modern.az

Yevlaxda ağır qəza - Ölən var

Yevlaxda ağır qəza - Ölən var

Aktual

3 Mart 2022, 14:52

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 2-də saat 21 radələrində Yevlax rayonunun Duzdağ kəndi ərazisində Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.

 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində