“Formula-1” üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.
Modern.az xəbər verir ki, buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.
Təşkilatçılar bildirib ki, baş verənlərdən sonra Rusiyada yarış keçirmək mümkünsüzdür. Bu səbəbdən Rusiya Qran-prisi ilə müqavilə ləğv edilib.
Bu isə o deməkdir ki, builki Soçi Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də baş tutmayacaq.