Modern.az

İranda daha 172 nəfər koronavirusdan öldü

İranda daha 172 nəfər koronavirusdan öldü

Aktual

3 Mart 2022, 15:10

İranda ötən sutka ərzində 6 772 nəfər koronavirusa (COVID-19) yoluxub, 172 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 137 439 nəfərə, yoluxanların sayı isə 7 073 747 nəfərə çatıb. Virus daşıyıcılarından 4 098 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 6 696 494 nəfər koronavirusdan sağalıb, 47,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 142 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,4 milyon təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində