Modern.az

Rusiyanın iki iş adamı milyarderlər siyahısından çıxdı

Rusiyanın iki iş adamı milyarderlər siyahısından çıxdı

Aktual

3 Mart 2022, 17:38

Rusiyanın internetdə ən çox istifadə olunan axtarış şəbəkəsi - “Yandex”in həmtəsisçisi Arkadi Voloj dollar milyarderlərinin siyahısından çıxıb.

Modern.az xəbər verir ki, Forbes-in məlumatına görə, onun sərvəti 2 milyard dollar azalıb. Bu, Qərbin son vaxtlar Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində baş verib.

Forbes onun hazırkı sərvətini 580 milyon dollar qiymətləndirir. Keçən ilin yazında dərc edilmiş ən son reytinqdə Volojun sərvəti 2,3 milyard dollar idi. Yalnız fevralın 24-də - prezident Vladimir Putinin Ukraynada başladığı müharibə günündə milyarderin kapitalı 400 milyon dollar azalıb.

Müharibənin ilk günündə Yandex səhmləri 59% ucuzlaşıb. Fevralın 25-dən sonra ABŞ birjası onun səhmlərinin ticarətini dayandırıb.

Daha bir rusiyalı milyarder - Tinkoff Bank-ın təsisçisi Oleq Tinkov da müharibə başlayandan sonra böyük sərvət itirib. Martın 1-nə olan məlumata görə, Forbes Tinkovun sərvətini 820 milyon dollar qiymətləndirib ki, bu da 2021-ci ilin son reytinqindəkindən təxmindən (4,7 milyard dollar) 5,5 dəfə azdır.


Oleq Tinkov dollar milyarderlərinin siyahısından çıxıb.

TCS Group-un Londondakı səhmləri uzuzlaşandan sonra Tinkovun sərvəti isə 760 milyon dollar qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində