Modern.az

Bu gün 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Bu gün 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Aktual

3 Mart 2022, 17:26

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinə 13-ü elektron olmaqla, ümumilikdə 72 sifariş verilib.

 

Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2003-cü il olan “UAZ” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 1 500 manat olsa da, avtomobilin son qiyməti 5 850 manata çatıb. Həmçinin, ilkin satış qiyməti 4 000 manat olan “VAZ-21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 6 000 manata özəlləşdirilib.

 

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində