Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron ikinci müddətə Fransa prezidentliyinə namizədliyini irəli sürəcək.
Modern.az xəbər verir ki, bu barədə "France İnfo" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, Makron sabah dərc olunacaq məktubunda bununla bağlı planlarını açıqlayacaq.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 10 aprel, ikinci tur isə 24 aprel tarixində baş tutacaq.