Ukrayna ilə müharibə fonunda "Volkswagen" Rusiyaya avtomobil ixracını dayandırır.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə avtomobil istehsalçısı məlumat verib.
“Volkswagen Qrupu Ukraynadakı müharibə ilə bağlı xəbəri böyük təşviş və sarsıntı ilə aldı. Volkswagen hərbi əməliyyatların dayandırılmasına və diplomatiyaya qayıdışa ümid etməkdə davam edir. Biz əminik ki, münaqişənin davamlı həlli yalnız beynəlxalq hüquq əsasında tapıla bilər”, - avtomobil istehsalçısı bildirib.
Qərar dərhal qüvvəyə minəcək.
Qeyd edək ki, Ford və Renault da daxil olmaqla digər avtomobil istehsalçıları da Rusiyada istehsalı dayandırıblar. “Jaguar Land Rover” və “Volvo” Rusiyaya daşımaları növbəti bildirişə qədər dayandırdıqlarını bildiriblər.
Turqay Musayev