Modern.az

Daha 201 Azərbaycan vətəndaşı Ukraynadan QAYITDI

Daha 201 Azərbaycan vətəndaşı Ukraynadan QAYITDI

Aktual

3 Mart 2022, 19:10

Bu gün Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi ilə 18-i körpə olmaqla daha 201 azərbaycanlı Vətənə qayıdıb. 

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir. 

 

Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində