Modern.az

Ruslar üçün “YouTube” qadağan olundu

Ruslar üçün “YouTube” qadağan olundu

Aktual

5 Mart 2022, 00:49

Rusiyada “Facebook” və “Twitter” sosial şəbəkələrindən sonra “YouTube” videoservisinə giriş məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sosial şəbəkələri yalan məlumatlar yaymaqda və ayrı-seçkilikdə ittiham edib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasında "Facebook" və "Twitter" sosial şəbəkələrinə giriş bloklanıb.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı